Bakıda ağ maskalı oğru PEYDA OLUB:  polis onu axtarır - VİDEO  - YENİLƏNİB
01 oktyabr 2024 15:23 (UTC +04:00)

Bakıda ağ maskalı oğru PEYDA OLUB: polis onu axtarır - VİDEO - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Lent.az-a bildirib ki, paytaxın Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində yerləşən evlərin birindən oğurluq edilməsilə bağlı polisə məlumat daxil olub.

Oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

***

saat 13:42

Bakıda evə girən oğru kameralara düşüb.

Lent.az-ın xəbərinə görə, hadisə paytaxtın Sabunçu qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisindəki fərdi yaşayış evlərindən birinin həyətinə hasardan aşaraq daxil olan, ağ maskalı oğru oradan bahalı əşyaları oğurlayıb. Oğrunun bütün hərəkətləri evdə quraşdırılan təhlükəsizlik kameralarına düşüb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Hazırda polis hadisəni törədən şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. 

Lent.az oğrunun görüntülərini təqdim edir:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2046
avatar

Fidan İlqar

Oxşar yazılar