Üç şirkətin baş direktoru  bir stol arxasında: Birgə kapitalları 5 trilyon dollardan  çoxdur
02 noyabr 2025 17:33 (UTC +04:00)

Üç şirkətin baş direktoru bir stol arxasında: Birgə kapitalları 5 trilyon dollardan çoxdur

0

Samsung, Hyundai və Nvidia şirkətlərinin baş direktorları Cənubi Koreyadakı bir restoranda görüşüblər. Üç şirkətin ümumi dəyəri heyrətamizdir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qlobal texnologiya və avtomobil nəhəngləri Seuldakı restoranlardan birində axşam yeməyi yeyiblər.

Bu görüş üç fərqli sektorun (yarımkeçiricilər, avtomobil və istehlakçı elektronikası) liderlərini eyni masada bir araya gətirdiyi üçün böyük səs-küy yaradıb. 

Bu yüksək səviyyəli görüşdən sonra sosial mediada üç şirkətin birləşdirilmiş bazar kapitallaşmasının 5,425 trilyon dollar olduğu barədə məlumatlar sürətlə yayılıb. Bu nəhəng iqtisadi ölçü bir daha bu şirkətlərin qlobal iqtisadiyyatda oynadığı mərkəzi rolu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 602

Oxşar yazılar