4 vitamin:  hansılarını yaşıl çayla birlikdə qəbul etmək olmaz
02 noyabr 2025 19:59 (UTC +04:00)

4 vitamin: hansılarını yaşıl çayla birlikdə qəbul etmək olmaz

0

Yaşıl çay bəzi vitamin və mikroelementlərin mənimsənilməsini azalda bilər. Bu içki onların effektivliyinə təsir edir və orqanizmdə sorulmanı dəyişə bilər.

Lent.az bu vitaminlərlə bağlı məlumatları təqdim edir:

Dəmir tərkibli əlavələr
Frontiersin məlumatına görə, dəmir çatışmazlığı xüsusilə qadınlar, vegetarianlar və yaşlılarda geniş yayılıb. Buna görə həkimlər tez-tez dəmir preparatları təyin edirlər. Lakin araşdırmalar göstərir ki, yaşıl çay dəmirin, xüsusilə bitki mənşəli (non-heme) dəmirin mənimsənilməsinə mane olur. Bu, yaşıl çayın tərkibindəki taninlər, fitatlar, kalsium və bəzi polifenollarla bağlıdır. Ona görə də dəmir əlavəsini qəbul edirsinizsə, yaşıl çayı içməzdən 1–2 saat əvvəl və ya sonra qəbul etmək məsləhətdir.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yaşıl çay təbii olaraq kofein ehtiva edir. Təxminən bir fincanda 30 mq.
Əgər eyni zamanda kofeinli əlavələr qəbul olunarsa, yaşıl çayın təsiri güclənir və bu, ürək döyüntülərinin artması, təzyiqin yüksəlməsi, əsəbilik və narahatlığa səbəb ola bilər. Yaşıl çayın tərkibində olan teofilin və teobromin də sinir sistemini əlavə stimullaşdırır. Buna görə stimulant əlavələr və yaşıl çay arasında müəyyən fasilə saxlamaq lazımdır.

B qrupu vitaminləri
Yaşıl çay B qrupunun bəzi vitaminlərinin xüsusilə fol turşusu və B12 vitamininin mənimsənilməsini azalda bilər. Yaşıl çaydakı katexinlər fol turşusunun aktiv formaya çevrilmə qabiliyyətini zəiflədir. Buna görə B vitamini komplekslərini yaşıl çayı içdikdən bir müddət sonra qəbul etmək daha düzgündür.

Qanı durulaşdıran əlavələr
Plos jurnalında göstərilir ki, varfarin kimi antikoaqulyant preparatlar vitamin K ilə qarşılıqlı təsirdə olur. Həmçinin balıq yağı, sarımsaq, jenşen və hətta yaşıl çay əlavələri də qan durulaşdırıcı təsir göstərə bilər. Yaşıl çayın özündə də az miqdarda vitamin K var və bu, çox miqdarda içildikdə qan durulaşdırıcı preparatların təsirini zəiflədə bilər. Antikoaqulyant qəbul edən şəxslərin bu barədə həkimlə məsləhətləşməsi vacibdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar