Azərbaycanda 101 nəfər zəhərləndi,  ölənlər var
03 oktyabr 2024 09:06 (UTC +04:00)

Azərbaycanda 101 nəfər zəhərləndi, ölənlər var

Sentyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 101 nəfər qəbul edilib.

Bu barədə Lent.az Mərkəzdən məlumat verilib.

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 40 nəfər dərmandan, 38 nəfər sirkə turşusundan, 9 nəfər ilan sancmasından, 4-ü fosfor üzvi birləşmələrdən, 2-si spirtli içkidən, 1 nəfər göbələkdən zəhərlənib.

Həmçinin 6 nəfər allergik reaksiya, 1 nəfər isə anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü, o cümlədən 2 kişi və 1 qadın dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu, psixotrop dərman zəhərlənmələrindən qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 960
avatar

Oxşar yazılar