Bakıda və Ağdamda "Toyota"lar qaçırıldı
03 oktyabr 2024 11:06 (UTC +04:00)

Bakıda və Ağdamda "Toyota"lar qaçırıldı

Bakıda və Ağdamda avtomobillər qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, oktyabrın 2-də saat 4 radələrində paytaxtın Bakıxanov qəsəbəsi ərazisindən “Toyota Prius” markalı avtomobilin qaçırılması barədə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 37 yaşlı V.Nurullayev Biləsuvar rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Ağdam rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə oktyabrın 2-də Quzanlı qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobil qaçırmaqda şübhəli bilinən 37 yaşlı S.Şükürov Bərdə rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498
avatar

Oxşar yazılar