Azər Maqsudovun qızı məhkəmədə yalan ifadə verib? - PROSES
03 oktyabr 2024 14:15 (UTC +04:00)

Azər Maqsudovun qızı məhkəmədə yalan ifadə verib? - PROSES

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Lent.az xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin qızı Qəmərtac Maqsudova sərbəst ifadə verib.

O, bildirib ki, hadisə baş verəndə anası ilə birgə maşında olublar: “Biz körpünü keçdikdən sonra səs eşitdik. Maşını saxladıq. Aşağı düşüb öncə heç nə görmədik. Maşının güzgüsü qırılmışdı. Ağlımıza gələn ilk şey güzgünü sağımızdan keçən maşının qırması gəldi. Sonra adam vurduğumuzu gördük. Atam tez nəbzini yoxladı. Sağ idi. Atam, anam, mən və orada olan digər sürücülərin köməyi ilə vurduğumuz adamı maşına mindirdik. Mənə yer olmadığı üçün qaldım. Atam onu Sabunçu xəstəxanasına apardı. Həmin an mən şokda idim. Şəxsi maşına mindirməkdə yardım etdiyimi mənə sonra dedilər”.

Həmçinin şahid ifadəsində qeyd edib ki, ətrafda piyada keçidi yox idi. Biz onu görmədik: “Maşınların trayektoriyasında dəyişiklik olmadı. Hamı öz sırası ilə gedirdi. O yolda sürət həddi 90-dır. Biz 80-90 arası sürətlə hərəkət edirdik. Səs eşidəndən sonra əyləcə basdıq. Əyləcə basıb maşını saxlamağımız 30-50 saniyə çəkdi. Biz onu görsəydik belə hadisənin xoşbəxt sonluqla bitəcəyinə inanmıram”.

Müdafiə tərəfi Qəmərtac Maqsudovanın istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsində ziddiyyətin olduğunu bildirib.

Qəmərtac Maqsudova istintaqda ifadəsində bildirib ki, həmin zaman atası və anası söhbət edirdi. Bundan əlavə o, hadisə baş verən zaman hadisə yerində anası ilə birgə qalıb. O, istintaqdakı ifadəsini təkzib edib.

Məhkəmə Sabunçu Rayon Polis Şöbəsinin müstəntiqi Samir Kərimovun ifadə verməsi üçün məhkəməyə gəlməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmənin növbəti prosesi 21 oktyabra təyin olunub.

Xatırladaq ki, qəza ötən ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 918
avatar

Oxşar yazılar