Qazi özündən 20 yaş böyük kişini  bir zərbə ilə öldürdü - YENİLƏNİB
03 oktyabr 2024 15:18 (UTC +04:00)

Qazi özündən 20 yaş böyük kişini bir zərbə ilə öldürdü - YENİLƏNİB

Oktyabrın 2-də saat Tərtər rayonu ərazisində 50 yaşlı Yaşar Abdullayevin almış olduğu xəsarət səbəbindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 30 yaşlı İnqilab Qayıbovun sentyabrın 27-də aralarında yaranmış mubahisə zamanı Yaşar Abdullayevə üzünə yumruqla xəsarət yetirməsi, sonuncunun zərbənin təsirindən yerə yıxılması nəticəsində başından aldığı xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. 

İnqilab Qayıbov iş üzrə şübhəli şəxs qismində tutulub.

***
08:44

Oktyabrın 2-də saat 22 radələrində Tərtər rayonunda 1974-cü il təvəllüdlü Abdullayev Yaşar Nadir oğlunun üzərində xəsarətlərlə xəstəxanaya daxil olması və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Qayıbov İnqilab Ələsgər oğlu müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, İ.Qayıbov İkinci Qarabağ müharibəsi iştirakçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3291
avatar

Oxşar yazılar