“Kərimin vəziyyəti heç yaxşı deyil. Eləcə quru nəfəsi gedib- gəlir”.
Bunu Lent.az-a meyxanaçı Kərimin dostu Ağamirzə deyib.
“Hərdən bir nəsə çıxır ağzından. Onu da ancaq ailəsi başa düşür. Heç kimi tanımır. Bu yaxınlarda getmişdim yanına. Heç gəldiyimi hiss etmədi.
Nə deyim, Allah köməyi olsun, yataq xəstəsi olmaq ağır dərddir. Xəstəyə baxana da zülmdü, xəstənin özünə də. Dərmansız dərddir Kəriminki”, - o əlavə edib.
60 yaşlı Kərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Üç dəfə insult keçirən meyxanaçı paralel olaraq şəkər və təzyiq xəstəsidir.