ABŞ-da namizədlərin ailələrinin yer aldığı reklamlar seçki kampaniyalarının ayrılmaz hissəsinə çevrilib.
Lakin reproduktiv hüquqlar aktual məsələyə çevrildiyindən bu il xüsusilə həssas respublikaçılar üçün mövzu daha çox əhəmiyyət kəsb edir.
Lent.azın məlumatına görə, “The New York Times” ABŞ Konqresinə Virciniya ştatından namizədliyini irəli sürən və seçki reklamında dostunun ailəsinin şəkillərindən istifadə edən uşaqsız respublikaçı Derrik Andersonun olayına diqqət çəkib.
Keçmiş hərbçi və "yaşıl beret" olan Anderson, gülümsəyərək yemək masasında vaxt keçirdikləri bir qadın və üç qızı ilə birlikdə rol alıb. Ancaq məlum olub ki, bu onun ailəsi deyil, çoxdankı dostunun həyat yoldaşı və övladlarıdır. Andersonun özünün övladı yoxdur və bu yaxınlarda nişanlandığını elan edib. Onun təşviqat saytında onun yalnız iti ilə yaşadığı bildirilir.
NYT-nin məlumatına görə, video hələ rəsmi reklamda istifadə edilməyib, lakin onu namizədin “YouTube” kanalında və Respublikaçılar Partiyasının Milli Komitəsi ilə əlaqəli internet saytında tapmaq olar.
Andersonun nümayəndəsi tənqidi rədd edərək bildirib ki, media tərəfindən "seçicilərin qəsdən aldadılması" olub. O, Andersonun "xoşbəxtliklə nişanlandığını və ailəsi ilə fəxr etdiyini" söyləyib. O əlavə edib ki, videoda siyasətçinin “insanların və onların övladlarının onu dəstəklədiyini” əks etdirir və bir çox digər namizədlərin də oxşar görüntülərdən istifadə etdiyini qeyd edib.
Bu arada, Kaliforniyadan olan demokrat Ted Lyu Andersonu seçiciləri aldatmaq cəhdində günahlandırıb və sosial şəbəkələrdə respublikaçı "ailəsini kirayə verən adam" adlandırılıb.