Kənd yanıb külə döndü, ölənlər var
03 oktyabr 2024 18:02 (UTC +04:00)

Kənd yanıb külə döndü, ölənlər var

Ukraynanın Xarkov vilayətində meşə yanğını Peski-Radkovskie kəndini bütünlüklə məhv edib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, nəticədə dörd nəfər diri-diri yanıb. Bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidmətinin Xarkov vilayəti üzrə istintaq idarəsinin rəisi Serhiy Bolvınov açıqlamasında bildirib.

Onun sözlərinə görə, yanğın Rubtsı kəndi tərəfdən Borovskoe Meşə Təsərrüfatına keçib. Meşə yanğını “Krasnooskolskii” landşaft parkını əhatə edib, sonra isə Peski-Radkovskie kəndinə yaxınlaşıb. Məhz bu ərazidə, xeyriyyə fondlarından birinin 4 əməkdaşı ərazisində vəfat edib, daha iki nəfər yanıq xəsarətləri alıb.

Həmçinin meşədə və onun yaxınlığında 1100-ə yaxın taxta ev yanıb, 60 nəfər təxliyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780
avatar

Oxşar yazılar