Əslən Ukraynadan olan, Rusiya vətəndaşlığı almış müğənni Lyubov Uspenskayanın qızı itib.
Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, bu barədə müğənni özü açıqlama verib.
O, bildirib ki, qızı Tatyana Plaksinanın qaçırıldığını ehtimal edir.
"Bakıdan təzə qayıtmışam, qızım Tanya yoxa çıxıb! Onu tapa bilmirəm. Telefonları evdə qalıb, qorxuram. Çünki bu Tanyanın "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"na işgüzar səfərləri ilə əlaqədar ola bilər. Bəlkə də satıcılar və ya narkomanların əlindədir. Bilmirəm, bu variantlardan biri ola bilər.
Çaşqınlıq, vahimə içindəyəm. Qorxuram ki, şantajçıların əlindədir, çünki o, məşhur müğənninin qızıdır”.
Tatyana Uspenskayanın 20 yaşı var.