Bakı metrosunda DƏHŞƏT:  55 yaşlı kişi özünü qatarın altına atdı - YENİLƏNİB
03 oktyabr 2024 17:40 (UTC +04:00)

Bakı metrosunda DƏHŞƏT: 55 yaşlı kişi özünü qatarın altına atdı - YENİLƏNİB

Bakı metrosunda qatarın altına düşərək ölən şəxsin kimliyi məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, o, 55 yaşlı Rövşən Abışovdur. 

İlkin ehtimala görə, R.Abışov intihar məqsədi ilə özünü qatarın altına atıb. 

Hadisənin dəqiq motivi araşdırmalardan sonra məlum olacaq. 

***

saat 15:41

Bakı metropoliteninin “28 may” stansiyasında sərnişin qatar yoluna düşüb.

Metropolitendən Lent.az-a verilən məlumata görə, hadisə zamanı qatar maşınısti əyləci sıxıb, yüksək gərginlik çıxarılıb:

“Sərnişin qatarın altından çıxarılıb. Əfsuslar olsun ki, dünyasını dəyişib. Ölən şəxs kişidir. Qısa müddət ərzində qatarların hərəkəti bərpa olunub. Hadisə nəticəsində qatarların hərəkətində 17 dəqiqə yubanma qeydə alınıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2049
avatar

Fidan İlqar

Oxşar yazılar