65 yaşlı ata 48 yaşlı oğlunu öldürdü
03 oktyabr 2024 18:54 (UTC +04:00)

65 yaşlı ata 48 yaşlı oğlunu öldürdü

Türkiyədə ata oğlunu öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Yozqat rayonunun Çayıralan qəsəbəsində baş verib. Yaşadıqları evdə 65 yaşlı C.A. ilə 48 yaşlı oğlu Y.A. arasında naməlum səbəbdən mübahisə yaranıb.

Mübahisə zamanı ata oğluna bıçaq xəsarətləri yetirib. Hadisə yerinə gələn həkimlər yaralının öldüyünü müəyyən ediblər.

C.A. saxlanılaraq, istintaqa təhvil verilib. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699
avatar

Oxşar yazılar