İyunun 14-də ABŞ-ın 45-ci prezidenti Donald Trampın 75 yaşı tamam olur.
Lent.az xarici mediaya istinadla bildirir ki, amerikalı milyarder, iş adamı və teleaparıcı son siyasi tarixin ən mübahisəli liderlərindən biri olub.
2016-cı ildə Demokratlar partiyasının namizədi Hillari Klintonu məğlub edərək prezident seçkilərində qalib gəlib və Amerikanı “Yenidən Böyük” olacağına söz verib. Dövlət başçısı olduğu dövrdə ABŞ-ı zərərli hesab etdiyi bir çox beynəlxalq müqavilədən çıxarıb və Çin ilə ticarət müharibəsi başladıb.
Tarixdə iki dəfə impiçment elan edilən yeganə prezident olub - lakin hər iki cəhd də uğursuz nəticələnib.
Tramp həm də dünyanın ən rəqs edən prezidenti kimi xatırlanır.
Lent.az onun ən parlaq çıxışlarını xatırladır.