Toyuq yeddi pişik balasını himayəyə götürdü - VİDEO
16 mart 2021 11:25 (UTC +04:00)

Toyuq yeddi pişik balasını himayəyə götürdü - VİDEO

Kubanın Qay-Kodzor kəndində ev toyuğu yeddi balaca pişik balasına analıq edir.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, toyuq pişik balalarını altında gizlədir, sahibinin də yaxınlaşmasına imkan vermir.

Fermerin dediyinə görə. pişik balaları hələ gözlərini açmayıblar və istiliklərini onlarla bölüşən qoruyucu ananı heç vaxt tərk etmirlər.

Zooloqlar toyuğun davranışını inkubasiya instinkti ilə izah edirlər (ana instinktinə yaxın mənada). 

Əgər toyuq pişik balalarının anası olduğuna qərar verərsə və onlar əlindən alınarsa, xəstələnər və hətta ölə bilərlər.. 

Toyuq pişik balalarını himayəyə götürdü

# 4317
avatar

Oxşar yazılar