Sabiq korpus komandiri, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov
17 mart 2021 18:27 (UTC +04:00)

Sabiq korpus komandiri, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov

"Rövşən Əkbərov Ukraynada mühakimə oluna bilər" - Onu hansı cəza gözləyir?- VİDEO

Baş Prokurorluğun bu gün yaydığı məlumata görə, sabiq korpus komandiri, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərovun 19 il əvvəl Ukraynada qətl törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Onun bu əməli təsdiqlənərsə rütbə və fəxri adlardan məhrum edilə biləcəyi haqqında hüquqi rəy açıqlanmışdı. İndi isə müzakirə olunan məsələ Rövşən Əkbərova hansı cəza veriləcəyi ilə bağlıdır. İstintaq orqanı yaydığı məlumatda sabiq korpus komandirinin Cinayət Məcəlləsinin 12.1, 120.2.2-ci və 12.1, 221.3-cü maddələr ilə ittiham olunduğu qeyd olunub.
Məsələ ilə əlaqədar “Müvəkkil” hüquq mərkəzinin rəhbəri Səməd Vəkilov Lent.az-a məcəllənin 12.1-ci maddəsinə əsasən, Rövşən Əkbərovun Ukraynada da məhkumluq həyatı yaşaya biləcəyini bildirib:
“Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları və burada daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkə hüdudlarından kənarda törətdikləri əməl həm Azərbaycanın, həmin xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin tələbinə və Beynəlxalq Konvensiyaya görə Rövşən Əkbərovun Ukraynada da mühakimə edilməsi mükündür. İrəli sürülən ittihamlardan biri də xuliqanlıq niyyəti ilə adam öldürmədir. Törədilmiş cinayətin məcumusunu nəzərə alsaq, irəli sürülmüş ittiham təsdiqini taparsa 15 ilə qədər azadlıqdan məhrum edilə bilər”.

Qeyd edək ki, sabiq korpus komandiri Rövşən Əkbərov 2001-ci ildə azərbaycanlı iş adamı Elçin Əliyevi Ukraynada öldürməkdə şübhəli hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5388
avatar

Mehman Nəbiyev

Oxşar yazılar