Fotoqraf Rza Diqqəti
09 iyun 2021 11:01 (UTC +04:00)

Fotoqraf Rza Diqqəti

Məşhur fotoqraf Kəlbəcərdə ölümdən döndü, son anda... - VİDEO

Dünyaca məşhur əslən azərbaycanlı fotoqraf Rza Diqqəti Kəlbəcərin Susuzluq kəndində azərbaycanlı jurnalistlərin minaya düşüb həlak olduqları yerə gedib.

Lent.az xəbər verir ki, bu zaman tanınmış fotoqraf ölümlə üz-üzə qalıb. Rza Diqqəti həmin yol ilə piyada gedərkən qəflətən minaya rast gəlib. Aşkarlanan minanı mütəxəssislər zərərsizləşdirib.

R.Diqqəti 44 günlük Vətən Müharibəsi zamanı müharibə bölgəsindən, ermənilərin raket atəşinə tutduğu Bərdə və Gəncədən reportajlar hazırlayaraq dünya mediasının diqqətinə çatdırıb.

Qeyd edək ki, “AzərTAC” rəsmi dövlət agentliyinin müxbiri Məhərrəm İbrahimov və “AzTv”nin operatoru Sirac Abışovun Kəlbəcərin Susuzluq kəndinə minaya düşərək şəhid olması ilə bağlı məlumat vermişdik.

Hadisənin görüntülərini təqdim edirik:

Rza Diqqəti Kəlbəcərdə ölümlə üz-üzə qaldı

# 5985
avatar

Mehman Nəbiyev

Oxşar yazılar