İstanbulun Esenyurt şəhərindəki məscidlərdən birində xoşagəlməz hadisə yaşanıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, əcnəbi ölkə vətəndaşları məscidin həyətində nalayiq hərəkətlər edərkən görüntülənib. Belə ki, iki şəxs bağçadakı skamyada oturaraq öpüşməyə başlayıblar. Bunu görən məscid işçiləri vətəndaşlara dərhal müdaxilə edib.
Həmin anlar kənar şəxslər tərəfindən kameralar vasitəsilə lentə alınıb. Görüntülər qısa zamanda sosial şəbəkələrdə gündəm olub.
Sözügedən videonu təqdim edirik: