Elməddin Süleymanlı
07 iyun 2021 17:39 (UTC +04:00)

Elməddin Süleymanlı

Kitab oğurluğunda təqsirləndirilən gənc danışdı: "Günahsızıq..." - VİDEO

Bakıda “Əli və Nino” kitab mağazaları şəbəkəsindən edilən oğurluq günün əsas müzakirə mövzusuna çevrilib.

Lent.az xəbər verir ki, kitab oğurluğunda təqsirli bilinərək saxlanılan Elməddin Süleymanlının video-açıqlaması yayılıb. 

Lent.az tanınmış yazıçı Cəlil Cavanşirin paylaşdığı həmin video-açıqlamanı təqdim edir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyiin yaydığı məlumata görə, “Əli və Nino” mağazalar şəbəkəsi baş vermiş kitab oğurluğu ilə bağlı polisə məlumat verib. Dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar.

Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

# 3321
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar