Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında narkotik bitkilərin becərilməsi ilə məşğul olublar.
Lent.az xəbər verir ki, bununda bağlı uzun illər mətbuatda yazılıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra hər kəs bu cinayətin canlı şahidi olur. "Hərbi Xəbərlər" səhifəsinin paylaşdığı video da faktı sübuta yetirir.
Sizə təqdim etdiyimiz video Kəlbəcər rayonu ərazisində çəkilib. Qeyd olunur ki, rayon işğaldan azad olunandan sonra ermənilərin orada saldıqları böyük narkotik plantasiyaları aşkar olunub. Düşmən uzun illər işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz olaraq narkotik istehsalı ilə məşğul olurmuş.