16:10 2 aprel 2021

“İtim danışdı, mənə adını dedi”- İnanılmaz HADİSƏ - VİDEO

“İtin yanına gedib “Azman nə edirsən?” dedim. Həmin an it mırıldadı. Sanki nəsə dedi. Anlamadım. Daha sonra videonu izləyərkən, “Mənim adım Əjdər” dediyini eşitdim”.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu hadisə Fikrət Dəmirçinin başına gəlib. Ərzurumun Olur qəsəbəsində ticarətlə məşğul olan, evli və dörd uşaq atası Fikrət Dəmirçi 22 aylıq Kangal itinin,"Mənim adım Əjdər" dediyini iddia edir.

Eşitdiklərinə inana bilməyən və o zaman mobil telefonu ilə itin danışığını qeyd edən Dəmirçi bunları dedi:

“Ailəlikcə pikniyə getmişdik. Yeddi yaşındakı nəvəm Həmzə, zəncirindən tutub yanıma gətirdiyi “Azman” adındakı Kangal itinə “Əjdər” adını vermək istədiyini dedi. Mən də itin heybətli olduğuna görə “Xeyir Azman” dedim. İtlərimi tez-tez telefonumla çəkirdim. Hadisədən qısa bir zaman sonra itin yanına gedib “Azman nə edirsən?” dedim. Həmin an it mırıldadı. Sanki nəsə dedi. Anlamadım. Daha sonra videonu izləyərkən, “Mənim adım Əjdər” dediyini eşitdim. Səsi çox təmiz başa düşülür. Həmin dəqiqə adını Əjdər qoyduq. Mütəxəssislərin bu iti yoxlamasını istəyirəm".

Olur bələdiyyəsinin sədri Okan Yorulmaz, "Mən şəxsən Fikrət qardaşın itinin danışdığına şahid oldum, təəccübləndim".

Olur qəsəbəsində kiçik ticarətlə məşğul olan Mücahid Keleş isə bu sözləri deyib:

“Mən belə bir yuxu görmüşdüm. Yuxumda Fikrətin itinin danışdığını, itin nə dediyini anlamadığı üçün onun hərkəsi susturmağa çalışdığını gördüm. Belə qəribə bir yuxu idi. İtin danışdığına dair heç bir fikrim yox idi.  Bu yuxunu görəndə sevimli itimi itirmişdim və bundan çox təsirlənmişdim.  Daha sonra köpəyin danışdığını eşidəndə həqiqətən mənə qəribə gəldi. Bu hadisənin mənə əyan olması çox gözəl bir şeydir”.

“İtim danışdı, mənə adını dedi”- İnanılmaz HADİSƏ

# 38478
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar