Gürcüstanın Rustavi avtomobil bazarındakı yanğın söndürüldü -VİDEO -YENİLƏNİB
06 iyun 2021 17:00 (UTC +04:00)

Gürcüstanın Rustavi avtomobil bazarındakı yanğın söndürüldü -VİDEO-YENİLƏNİB

Rustavidə, maşın bazarı ərazisində binalardan birində baş verən yanğın söndürülüb.

APA bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

 

Saat 15:36

 

Gürcüstanda məşhur maşın bazarı yanır.

Lent.az-ın əldə etdiyi məlumata görə, söhbət bütün Qafqazda məşhur olan Rustavi bazarından gedir. Belə ki, günorta saatlarından bazarda əslən pakistanlı olan sahibkarın mağazası qəflətən yanmağa başlayıb. Yanğın genişlənərək ətraf mağazalara keçib və yaxınlıqdakı maşınların da bir neçəsi kül olub.

Hazırda yanğının söndürülməsi üçün yanğınsöndürmə briqadaları cəlb olunub.

Gürcüstanda maşın bazarı yanır

# 6675
avatar

Mehman Nəbiyev

Oxşar yazılar