Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, şəhər ərazisində "Hyundai" və "OKA" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 59 yaşlı Rüstəmov Abdulxaliq Mamed oğlunun meyiti əzilib deformasiyaya uğrayan "OKA"dan güclə çıxarılıb.
Zərbə o qədər güclü olub ki, "OKA"nın mühərrik hissəsi tamamilə dağılıb və mühərrik yerə düşüb.
Ətrafda olanlar hadisə yerinin görüntülərini çəkərək sosial şəbəkədə paylaşıblar. Həmin görüntüləri təqdim edirik: