Lvov şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynanın dövlət başçısı Vladimir Zelenski arasında görüş başlayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, daha sonra Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşlə görüşəcək.
Məlumata görə, Ərdoğan Zelenskiyə Rusiya prezidenti Vladimir Putinlə görüşməyi və atəşkəs təklif edəcək. Bundan başqa, müharibənin deskalasiya imkanları, gəmilərin Ukrayna limanlarından Qara dənizə hərəkəti, ərzaq və taxıl ixracı, eləcə də Zaporodje AES ətrafında vəziyyətin müzakirə olunacağı gözlənilir.