DYP əməkdaşları ilə sürücü arasında gərgin anlar
28 aprel 2021 11:43 (UTC +04:00)

DYP əməkdaşları ilə sürücü arasında gərgin anlar

DYP əməkdaşları ilə sürücü arasında GƏRGİN ANLAR-VİDEO

“Yasamal rayonunda yol polisi ilə sürücü arasında yaranan mübahisə ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar ziddiyyətlidir, qərəzlidir”.  

Bunu Lent.az açıqlamasında Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Oqeyd edib ki, aprelin 25-də paytaxtın “Şamaxinka” kimi tanınan ərazisində “Mersedes” markalı  90-RN-261 dövlət qeydiyyat nişanlı avtomobil davamlı olaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisi tərəfindən “Saxla” işarəsi verilib. Polisin qanunu tələblərinə məhəl qoymayan 51 yaşlı Miradəm Nağıyevin idarə etdiyi avtomobil əraziyə çağırılan əlavə naryad qrupu tərəfindən yaradılan süni tıxacla dayandırılıb. Avtomobili tərk edərək qaçmağa cəhd göstərən sürücü saxlanılaraq Yasamal RPİ 29-cu Polis Şöbəsinə təhvil verilib.

“Əlavə edim ki, sürücü qanunsuz əməlindən polisi yayındırmaq üçün bədən xəsarəti alması ilə bağlı təcili yardıma zəng vurub. Qeyd edilən iddiaların təfərrütlarının araşdırılıması ilə bağlı ekspertiza təyin edilib. Hazırda polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir”, - deyə V. Əsədov qeyd edib.

DYP əməkdaşları ilə sürücü arasında gərgin anlar

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6186
avatar

Mehman Nəbiyev

Oxşar yazılar