Düşmənin basdırdığı minaların YENİ GÖRÜNTÜLƏRİ
24 iyun 2021 17:51 (UTC +04:00)

Düşmənin basdırdığı minaların YENİ GÖRÜNTÜLƏRİ

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidməti fəaliyyətlərini yerinə yetirərərkən kəndlərarası yollarda quraşdırılmış Ermənistan istehsalı olan tank əleyhinə minalar aşkar ediblər.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, iyunun 23-də Xocavənd RPŞ-nin əməkdaşları xidməti ərazidə nəzarət-profilaktik tədbirlər keçirərkən Ağcakənd kəndinə gedən yolda basdırılmış 2 ədəd tank əleyhinə mina aşkar ediblər. Dərhal bu barədə Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Agentliyin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman daha 3 ədəd tank əleyhinə mina aşkar edilib. Aşkar edilmiş 5 mina zərərsizləşdirilib.   

İyunun 24-də rayon ərazisində baş vermiş yanğın ilə əlaqədar Xocavənd RPŞ-nin əməkdaşları hadisə baş verən yerə gedərkən Düdükçü-Edilli kənd yolunda daha 2 ədəd tank əleyhinə mina aşkar ediblər. Bu barədə Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Minaların ərazidən götürülməsi istiqamətində tədbirlər davam etdirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2460

Oxşar yazılar

Naxçıvanda məişət tullantıları poliqonunda zibillər belə utilizasiya olunur -VİDEO

Naxçıvanda məişət tullantıları poliqonunda zibillər belə utilizasiya olunur -VİDEO

3 iyul 2025 , 13:48
Azərbaycanda şişirdilən ev qiymətləri -VİDEO

Azərbaycanda şişirdilən ev qiymətləri -VİDEO

3 iyul 2025 , 13:10
Hava şəraiti arıçıları ziyana salıb -VİDEO

Hava şəraiti arıçıları ziyana salıb -VİDEO

3 iyul 2025 , 12:53
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

3 iyul 2025 , 10:00
Evlənmək istəyirdilər, xəstəlik mane oldu -VİDEO

Evlənmək istəyirdilər, xəstəlik mane oldu -VİDEO

2 iyul 2025 , 10:34
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

2 iyul 2025 , 09:40
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

1 iyul 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

30 iyun 2025 , 10:00