Dubayda səlahiyyətlilər göydələnlərdən birinin eyvanında çılpaq qızların fotosessiya etdirməsinə qəzəbləniblər.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, kadrlarda ondan çox modelin geyimsiz poz verdiyi görünür.
Hadisə yerli hakimiyyət orqanlarının qəzəbinə səbəb olub. Birləşmiş Ərəb Əmirlikləri dini bir ölkədir və bu, yumşaq desək, orada xoş qarşılanmır.
Dubay polisi, "bu cür qəbuledilməz davranışın əmirlik cəmiyyətinin dəyərlərini və etikasını əks etdirmədiyini" söyləyib.
Nəticədə fotosessiya iştirakçıları saxlanılıb. Artıq işin materialları əlavə icraat üçün prokurorluğa təhvil verilib. Qızlar olduqca sərt bir cəza ilə üzləşəcəklər - altı aya qədər həbs və beş min dirhəm cərimə. Və ən pis halda - hər ikisi birdən.
Daha bir məlumata görə, Dubayda çılpaq şəkil çəkdirdiklərinə görə saxlanılan 40 modeldən 8-si rusiyalıdır.
Saxlanılanlar arasında Ukrayna, Moldova və Belarusdan olan qızlar da var.