Sumqayıtda qəlyaxana
30 mart 2021 12:11 (UTC +04:00)

Sumqayıtda qəlyaxana

Çayxana sahibi qəlyana görə tutuldu - VİDEO

Sumqayıtda müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib.
 
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sumqayıt şəhərində yerləşən “Breeze” çay evində qəlyandan istifadə edilməsi barədə şəhər Polis İdarəsinə məlumat daxil olub. Həmin ünvana baxış keçirilib və obyektin icarədarını Vüsal Mədətov polislər saxlayıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmə tərəfindən V.Mədətov barəsində 10 sutka inzibati qaydada həbs qərarı verilib. Çay evində qəlyandan istifadə edən 5 nəfər müştəri isə ümumilimdə 1400 manat cərimə olunublar.

Qeyd edək ki, fəaliyyətinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarının tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Suqmayıtda qəlyan verən çay evi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3108
avatar

Mehman Nəbiyev

Oxşar yazılar