Bu küçük 67 nəfəri faciədən xilas etdi  - İnanılmaz  hekayə   -  VİDEO
15 iyul 2025 18:53 (UTC +04:00)

Bu küçük 67 nəfəri faciədən xilas etdi - İnanılmaz hekayə - VİDEO

Hindistanın Himaçal-Pradeş əyalətində kiçik Himalay kəndi az qala faciə ilə üzləşəcəkdi ki, bunun qarşısı itin ümidsiz çarəsiz sayəsində alınıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, gecənin ortasında 5 aylıq it onlarla sakini oyandıraraq, bir neçə dəqiqə ərzində demək olar ki, bütün kəndi yerlə-yeksan edən dağıdıcı sürüşmə nəticəsində həlak olmaqdan xilas edib.

Gecə saat 1 radələrində yağan güclü yağış dağın yamacını yumşaldanda it ucadan hürməyə, sahiblərini oyatmağa başlayıb. Narendra adlı yerli sakinlərdən biri deyib ki, o, hürən səsi eşidib və nə baş verdiyini yoxlamaq üçün ayağa qalxıb, ancaq divarda çat və suyun evə sızdığını görüb. O, itlə kəndin küçələrində qaçaraq qapıları döyüb və insanların dərhal çölə çıxması üçün qışqırıb.

Bir neçə dəqiqədən sonra güclü sürüşmə kəndi bürüyüb, onlarla tikili dağılıb və bütün təpənin yamacını palçıq və qayalarla örtüb. Küçüyün erkən xəbərdarlığı sayəsində 20-yə yaxın ailəni təmsil edən 67 sakinin hamısı qaça bilib. Onlar Narendranın ailəsinin cəmi bir neçə həftə əvvəl övladlığa götürdüyü kiçik itə həyatlarını borclu olduqlarını söyləyirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar