Bakının mərkəzində avtomobil yanğını
19 mart 2021 13:16 (UTC +04:00)

Bakının mərkəzində avtomobil yanğını

Bakının mərkəzində yanan maşın söndürüldü - VİDEO-YENİLƏNİB

Bakıda avtomobildə başlayan yanğın söndürülüb.

FHN-dən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayonunda "Ford Mustang" markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat: 12:44

Bakıda avtomobil yanır.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, yanğın hadisəsi Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Bu səbəbdən də hazırda Yusif Səfərov və Afiyyədin Cəlilov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var.

Qeyd edək ki, yanğın köhnə Hökumət Evinin yaxınlığında yerləşir.

Bakının mərkəzində maşın yanır

# 3714
avatar

Mehman Nəbiyev

Oxşar yazılar