Bakıda yanan ağac
19 may 2021 11:25 (UTC +04:00)

Bakıda yanan ağac

Bakının mərkəzində ağac öz-özünə alışıb yandı - VİDEO

Bakının mərkəzi küçəsində ağac naməlum səbəbdən yanıb.

Lent.az APA -ya istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib. Yusif Səfərov küçəsində yolun kənarındakı ağaclardan biri anidən alovlanmağa başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Onların səyi nəticəsində alov söndürülüb, ətrafdakı digər ağaclar yanğından mühafizə olunub.

Yanğının nədən baş verdiyi araşdırılır.

Bakıda ağac yanır

# 2517
avatar

Oxşar yazılar