Bakıda soyğunçuluq edən belə yaxalandı -  VİDEO
05 mart 2021 14:20 (UTC +04:00)

Bakıda soyğunçuluq edən belə yaxalandı - VİDEO

Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən Elxan Ağagülov saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, həmin şəxs hadisə zamanı Nizami rayonu ərazisində bir nəfərə yaxınlaşaraq əvvəlcə ondan danışmaq üçün mobil telefonunu istəyib. 

E.Ağagülov mobil telefonu qaytaran zaman zərərçəkənin içərisində 550 manat olan pul kisəsini götürərək hadisə yerindən qaçıb. Faktla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisədən sonra E.Ağagülovun həmin ərazidən yayınması və yaxınlıqdakı marketə daxil olması müşahidə kameralar vasitəsi ilə lentə alınıb.

E.Ağagülov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.
 

Hadisə anı

# 3621
avatar

Mehman Nəbiyev

Oxşar yazılar