Bakının Əhmədli qəsəbəsi, Ukrayna dairəsində naməlum şəxs avtoxuliqanlıq edib.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər paylaşıb.
Həmin görüntülərdə onun kobud qayda pozuntularına yol verdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaşatdığı əks olunub.
Videodan da göründüyü kimi sürücü hətta asayişi qoruyan polis əməkdaşının həyatı üçün təhlükəli anlar yaşadıb.