Bakıda baş verən yol qəzasının görüntüləri yayılıb.
Lent.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin yollarda quraşdırdığı təhlükəsizlik tumbası baş verən qəza zamanı səkidəki ana və 2 uşağının həyatını xilas edib. Qəza zamanı idarəetmədən çıxan avtombil səkiyə doğru hərəkət etsə də tumbaya dəyərək dayanır. Nəticədə səkidəki ana və 2 uşaq zərbədən xilas olur.
Qeyd edək ki, Bakı şəhərində 139 küçədə bu cür təhlükəsizlik tumbaları quraşdırılıb. Tumbalar əsasən qəza riski yüksək olan yollarda və yol kəsişmələrində quraşdırılır.
Paytaxtın digər ərazilərində də təhlükəsizlik tumbaların quraşdırılması istiqamətində tədbirlər davam etdirilir.