Bakı-Şamaxıyolu qardan təmizlənir
12 mart 2021 16:05 (UTC +04:00)

Bakı-Şamaxıyolu qardan təmizlənir

Bakı-Şamaxı yolundakı SON VƏZİYYƏT - VİDEO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 39-45-ci kilometrlik hissəsində Şamaxı rayonu istiqamətində qeyri-sabit hava şəraiti ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, gecə saatlarından etibarən sözügedən hissədə xüsusi texnikalar qarın təmizlənməsinə cəlb edilsə də, güclü külək nəticəsində yol kənarında olan qar yolun hərəkət hissəsini yenidən örtür.

Qeyd edək ki, sözügedən problem ancaq Şamaxı rayonu istiqamətində müşahidə olunur. Yol ayrıcına quraşdırılmış dəmir-beton maneələr qarın digər istiqamətə keçməsinin qarşısını alır. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsinin köməkliyi ilə magistral yolun sözügedən 6 km-lik ərazisində əks istiqamət üzrə, yəni paytaxt Bakı istiqamətində müvəqqəti ikitərəfli hərəkət təmin olunub.

Hazırda da Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 39-45-ci kilometrlik hissəsində qarın təmizlənməsi istiqamətində tədbirlər davam etdirilir.

Bakı-Şamaxı yolu qardan təmizlənir

# 3201
avatar

Oxşar yazılar