Azərbaycanlı oğruların "dayı" çağırdığı "Qorbatı" Ramiz - HƏYAT HEKAYƏTİ
10 mart 2021 15:55 (UTC +04:00)

Azərbaycanlı oğruların "dayı" çağırdığı "Qorbatı" Ramiz - HƏYAT HEKAYƏTİ

...Ramizin vurulması xəbərini “Ded Xasan”a “Starıy Fayton” restoranında çatdırmışdılar. “Ded” adətən bu restoranda nahar edir, bütün “razborka”larını da burada keçirirdi. O, naharı yarımçıq qoymuşdu. Bir neçə dəqiqəlik araşdırmadan sonra məlum olmuşdu ki, Ramizi 3 saylı Moskva şəhər xəstəxanasına yerləşdiriblər.

“Ded” dərhal ora getmişdi. Həkim “Qorbatı Ramiz”ə 2 güllə vurulduğunu, vəziyyətinin kritik olduğunu demişdi.

Əməliyyat bitənəcən xəstəxanada oturmuşdu. Həkimlərə elə beləcə də demişdi: “Nəiyn bahasına olursa-olsun, sağ qalmalıdır”.

 

***

 

Kriminal aləmdə onu “Dayı” deyə çağırırdılar. Sabirabadın Kürkəndi kəndində anadan olmuşdu, 1952-ci il noyabrın 28-də. Tarix elmləri namizədi Əliheydər Fərzəliyevin ailəsində. Sabirabad şəhər 1 saylı məktəbin rus sektorunu bitirmişdi. Bundan sonra Politexnik İnstitutuna qəbul olunmuşdu. Elə həmyerlisi, Sabirabadlı Hikmət kimi onun taleyini məhz bir bıçaqlanmadan sonra alt-üst olub. Türmədə ona verilən cəzasını çəkib.

 

***

Ramizin yolu həbsxanaya bir də 1982-ci ildə düşür. Və bu dəfə də haqsız yerə. Həmin il Sabirabadda dəhşətli bir qətl törədilir. Kürün qırağından iki qadının meyiti tapılır. Milis qatilləri tapa bilmir ki, bilmir. Günlərin bir günü Fərzəliyevlərin qapısını döyürlər. Ramizi və ondan başqa bir dostunu həbs edilər. Atası həmin vaxt rayonda yox imiş. Hadisəni eşidib, təcili Sabirabada qayıtmışdı. Amma gec idi. Bundan sonra Əliheydər müəllim oğlunu axtarmağa başlayır.

Respublikanın hər yerini gəzir Əliheydər müəllim - Naxçıvandan Gəncəyə qədər. Bir gün, özü də düz 4 aydan sonra xəbər tutur ki, oğlunu Şuşa türməsində saxlayırlar. Şuşada görüşə bilir Ramizlə.

Ramizin məhkəməsi bir aya yaxın çəkir. O, 15 il müddətinə azadlıqdan məhrum edilir.

1992-ci ildə azadlığa çıxıb Sabirabada qayıdır. Artıq əmisi oğlu Hikmət Muxtarov kriminal aləmdə söz yiyələrindən biriydi. “Sabirabadlı Hikmət” kimi keçmiş SSRİ-də tanınırdı. Amma maraqlısı odur ki, Hikmət ona “Dayı” deyirdi. Ümumiyyətlə, bu dayı məsələsi də maraqlı mövzudur.

 Təkcə Hikmət yox, çoxları onu “Dayı” deyə çağırırdı. Ona “Qorbatı” ləqəbini belində bir balaca əyrilik olduğuna görə veriblər. Amma Saratovda türmədə yatanda ləqəbi “Kobra Ramiz olub.

 Ramiz Saratovdan gələndən, dustaqlığa son qoyandan sonra bir daha həbsxana həyatı yaşamadı. Amma kriminal avtoritetlər arasında böyük nüfuz sahibi idi. Həm Hikmət, həm rəhmətlik Lotu Bəxtiyar, sonradan Masallı Mamedin özü belə ona qanuni oğru adı verilməsini təklif ediblər. Amma hər dəfə etiraz edib. Oğru dünyasındakı tanınmışlara məsləhətlər verən “Dayı” özü “oğru” ləqəbini götürməkdən imtina etmişdi.

2001-ci ildə doğmalarının, dostlarının təklifi ilə evlənir. Bir qızı olur. Adətən Moskvada qərar tutur. Çünki bu şəhərdə çoxlu dostları vardı. Elə Lotu Hikmət də məhz Moskvada yaşayırdı deyə, bu amilin də təsiri vardı.  

2006-cı ilin aprelində “Sabirabadlı Hikmət” və “Culfalı Bayram” Moskvada öldürüldü. Bu qətl azərbaycanlı kriminal avtoritetlər arasında çaşqınlığa səbəb oldu. Yeni liderin kim olacağı, başqa kriminal qruplaşmalarla əlaqələr sual altındaydı. Məhz belə bir vaxtda “Qorbatı Ramiz” bu çaşqınlığın qarşısını ala bilir. “Dayı” Masallı Mamedin üzərində dayandı…

İndiyədək bilinmir ki,  Hikmət və Bayram kriminal “razborka”ların qurbanı olub, ya bu tamam başqa bir səmtdən gələn qətllər idi.

Amma “Qorbatı” bu cinayətin axırına çıxmaq qərarına gəlir. İşə hətta “Yaponçik” belə qoşulur. Sonradan “Yaponçik”in özü də qətlə yetirilir. Amma Ramiz cinayətkarların izinə düşə bilir. Və hər şeyin məlum olacağını az qalmış… yoxa çıxır.

…Onu evdən çıxanda vurmuşdular. 5 güllə dəymişdi. Soyuq qış günündə baş vermişdi qətl. Və həmin vaxtdan onun meyitini tapmaq mümkün olmamışdı. Dostları, yaxınları, onun itkin düşdüyünü bilib, gəzmədikləri yer qalmamışdı. Morqları, xəstəxanaları, təcridxanaları belə. Ramizin meyiti bir də 9 ay sonra, qar əriyəndə tapılmışdı…

 Onu Sabirabadda dəfn etdilər, böyük təntənəylə. Bir ildən sonra isə elə anadan olduğu Kürkəndi qəbiristanlığında böyük qəbirüstü abidəsi qoyulur, Sabirabadlı Hikmətin məzarının yanında…

 

 

# 35067
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar