AZƏRBAYCANDA QANDONDURAN HADİSƏ:  Atasının qisasını belə aldı  - VİDEO  -YENİLƏNİB
19 may 2021 12:26 (UTC +04:00)

AZƏRBAYCANDA QANDONDURAN HADİSƏ: Atasının qisasını belə aldı - VİDEO -YENİLƏNİB

Mətnə video əlavə olunub.

***

18 may, 22:07

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Quşçular kəndində qeydə alınıb. 

Hərəkətdə olan “Mercedes” markalı minik maşını yolun kənarı ilə gedən, təxminən 70-80 yaş arasında olan Mütəllim Salmanovu vurub. 

Yaşlı kişi hadisə yerində ölüb. Qəzadan sonra M.Salmanovun oğlu tanışına məxsus “VAZ 2106” markalı avtomobillə “Mercedes”in sürücüsü Bəhruz Nağıyevi və onun atasını – 1959-cu il təvəllüdlü Nagıyev Əli Məmməd oğlunu vurub. 

Hadisə zamanı “VAZ 2106” markalı avtomobil idarə edən mərhum M.Salmanovun oğlu ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. 

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

atasının qisasını aldı

# 9744
avatar

Oxşar yazılar