Çelyabinsk çimərliklərindən birində maraqlı bir hadisə baş verib: kişi ayı balasını gəzintiyə çıxarıb və orada olan uşaqları sevindirib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə vilayətin ekologiya nazirinin müavini Vitaliya Bezrukova məlumat yayıb.
“Mayın 23-də çimərlikdə heç bir qorunması olmayan vətəndaşlar və uşaqlar ilə dolu olduqda bir nəfər çimmək üçün bir gənc ayı gətirib. Vəhşi heyvanların ictimai yerlərdə, xüsusən də uşaqlar olan çimərliklərdə gəzməsini qəbuledilməz hesab edirik”, - Bezrukova vurğulayıb.
O, uşaqlarına ayı ilə oynamasına asanlıqla icazə verən yaşlıların diqqətsizliyini və ayının bala olmasına baxmayaraq, qorxunc bir yırtıcı olduğunu da qeyd edib.
Ayı balasını çimərliyə kimin gətirdiyi hələ ki açıqlanmayıb, bununla bağlı araşdırma aparılır.