Ağdamda hər bir ailə üzvünə 30 sot torpaq veriləcək - İcra başçısı açıqlayır
21 may 2021 18:19 (UTC +04:00)

Ağdamda hər bir ailə üzvünə 30 sot torpaq veriləcək - İcra başçısı açıqlayır

“Şəhərin mərkəzində 4 mərtəbəli binalar tikiləcəkdir. Eyni zamanda Ağdamın bir hissəsində isə fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub”.

Lent az xəbər verir ki, bunu İlqar Əlfioğlunun “Ağdamda bir gün” adlı filmində Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov deyib.

O bildirib ki, daha sonra isə keçmiş şəhərin təxminən 60 hektara qədər hissəsi açıq səma altında muzey kimi fəaliyyət göstərəcək: “Təxminən İmarət stadionu, keçmiş İcra hakimiyyətinin binaları, Dram Teatrının binaları və Şəhidlər Xiyabanı kimi fəaliyyət göstərən hissələr açıq səma altında muzey kimi qalacaq.  

Digər yerlərdə isə arxitektura saxlanılmaqla insanların istəyinə uyğun olaraq dünya səviyyəli yeni Ağdam qurulacaq. Yeni Ağdamda 70 min sakin yaşayacaq ki, gələcəkdə bu rəqəm 100 minə çatdırılaraq böyük şəhər qurulacaq. Ağdamın bütün kəndləri tamamilə bərpa olunacaq. Kəndlər əsasən öz əvvəl yerləşdiyi ərazilərdə yerləşəcək”.

Vaqif Həsənov sözlərinə görə, bu kəndlərdə insanların yaşayışı üçün bütün şərait qurulacaq.    

O bildirib ki, hər bir ailə üzvünə təxminən 30 sot pay torpağı veriləcək.

Ağdamın bərpası necə həyata keçiriləcək?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9543

Oxşar yazılar

Bakıda polis bataqlığa düşən sürücünü belə xilas etdi - VİDEO

Bakıda polis bataqlığa düşən sürücünü belə xilas etdi - VİDEO

16 aprel 2025 , 16:39
Binə və Zabratın yollarını su basdı - VİDEO

Binə və Zabratın yollarını su basdı - VİDEO

16 aprel 2025 , 11:17
"Bağırov" tunelindən SON GÖRÜNTÜLƏR

"Bağırov" tunelindən SON GÖRÜNTÜLƏR

16 aprel 2025 , 10:49
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

16 aprel 2025 , 10:30
Görün kolbasalara nələr qatırlar – DİQQƏTLİ OLUN!  -VİDEO

Görün kolbasalara nələr qatırlar – DİQQƏTLİ OLUN! -VİDEO

15 aprel 2025 , 16:22
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

15 aprel 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

14 aprel 2025 , 10:00
Jurnalistin canlı efirdə başına  quş qondu   -VİDEO

Jurnalistin canlı efirdə başına quş qondu -VİDEO

13 aprel 2025 , 13:47