Rusiya Dövlət Dumasının keçmiş deputatı gecə klubunda sinəsi açıq paltarda rəqs edib.
Lent.az xaricə KİV- ə istinadən bildirir ki, 68 yaşlı keçmiş deputatı, iqtisadçı İrina Xakamadanın gecə klubunda olan rəqsinin videoları "Instagram" sosial şəbəkəsində paylaşılıb. O, dekolteli kofta və uzun ağ əlcəklərdə səhnə qarşısında rəqs edib.
“Rəqs kiçik bir həyatdır. Musiqi mənim içimdədir, mənim üçün deyil", - o, bildirib.
Xakamadanın bu paylaşımı izləyicilərini sevindirib. Onlar “Qarşısıalınmaz qadın”, “Möhtəşəm görünür və gözəl rəqs edir!”, “Minimum hərəkət, maksimum lütf. Heyranam”, “Sən əla insansan, sənə baxmaq xoşdur. Əlavə heç nə yoxdur!" məzmunlu şərhlər ediblər.