Dünyada  İLK DƏFƏ:   üç cinsi orqanı olan oğlan doğuldu
07 aprel 2021 19:09 (UTC +04:00)

Dünyada İLK DƏFƏ:  üç cinsi orqanı olan oğlan doğuldu

Kürdlərin yaşadığı İraqın Dahuk şəhərində bir anda üç cinsi üzvü olan oğlan doğulub.

Lent.az xarici mediaya istinadla bildirir ki, həkimlər bu inkişaf xüsusiyyətinin tarixdə ilk dəfə baş verdiyini qeyd edirlər.

Əvvəlcə valideynlər uşağın xaya torbasında bir şiş olduğunu düşünüblər. Getdikləri xəstəxanada üç aylıq körpənin çöldəki testis bölgəsində daha iki penisin inkişaf etdiyini aşkar ediblər. Əlavə cinsiyyət orqanları tam formalaşmadığı üçün həkimlər "lazımsızları" çıxarmaq qərarına gəliblər.

Genetik anormallığın səbəbi aşkarlanmasından bir il keçsə də, hələ ki bilinmir. Körpənin doğmalarının bu cür mutasiyaya məruz qalan qohumlarının olması və ya anasının hamiləlik dövründə dərman qəbul etməsi versiyaları təsdiqini tapmayıb.

Əvvəllər yalnız iki penisli uşaqlar dünyaya gəlirdi. 5-6 milyon doğuşda bir fakta rast gəlinir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3549
avatar

Oxşar yazılar