Bu ölkə 90 min dollara "qızıl pasport"  təklif edir
18 avqust 2026 15:24 (UTC +04:00)

Bu ölkə 90 min dollara "qızıl pasport" təklif edir

0

Sakit okeanda yerləşən kiçik ada dövləti Nauru "investisiya müqabilində vətəndaşlıq" proqramına start verib. Bu proqram çərçivəsində xarici vətəndaşlar maliyyə yatırımı etməklə ölkənin pasportunu əldə edə bilirlər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Nauru pasportu sahibinə 85-dən çox ölkəyə vizasız və ya sərhəddə viza almaqla giriş imkanı yaradır. Bu proqramın tətbiq edilməsinin əsas səbəbi ölkənin üzləşdiyi iqlim problemləridir. Dəniz səviyyəsinin yüksəlməsi nəticəsində Nauru hökuməti əhalinin və infrastrukturun böyük hissəsini daha yüksək ərazilərə köçürməyi planlaşdırır. Layihənin maliyyələşdirilməsi üçün isə yeni gəlir mənbələri axtarılır.

Proqram ötən ilin əvvəlində istifadəyə verilib. Hazırda bütün yoxlama mərhələlərini uğurla keçən namizədlər 90 min ABŞ dolları məbləğində ödəniş etməklə Nauru vətəndaşlığı ala bilirlər. Bu məbləğ məhdud müddət üçün tətbiq olunan endirim kampaniyası çərçivəsində müəyyənləşdirilib. Əvvəllər proqramın standart ödənişi 115 min dollar olub. Bununla belə, Nauru hökuməti bildirir ki, vətəndaşlıq almaq şəxslərə ölkədə torpaq almaq hüququ vermir. Torpaq mülkiyyəti ilə bağlı məhdudiyyətlər qüvvədə qalır.

Namizədlər müraciət təsdiqlənməzdən əvvəl dörd mərhələdən ibarət ciddi yoxlama prosesindən keçməlidirlər. Buraya onların keçmişi və bioqrafiyası ilə bağlı araşdırmalar da daxildir. Səlahiyyətlilər qeyd edirlər ki, bu tədbirlər proqramın etibarlılığını qorumaq məqsədi daşıyır. Bundan əlavə, ağır cinayət törətdiyi müəyyən edilən şəxslər sonradan Nauru vətəndaşlığından məhrum edilə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 34

Oxşar yazılar