Bu gündən etibarən "WhatsApp" milyonlarla smartfonda fəaliyyətini dayandıracaq.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 24 oktyabr 2023-cü il tarixindən etibarən "WhatsApp" Android 4.4 və bu nəsil əməliyyat sisteminin daha köhnə versiyaları olan smartfonları dəstəkləməyi dayandıracaq.
Mütəxəssislər qeyri-rəsmi tətbiq mənbələri vasitəsilə "WhatsApp"dan istifadə etməyi məsləhət görmür. Belə mənbələr “Google Play”dən fərqli olaraq, paylanmış proqram təminatının koduna görə istifadəçilər qarşısında heç bir məsuliyyət daşımır.
Eyni zamanda, tətbiqdə belə bir mənbədən zərərli bir yükün olması ehtimalı yüksəkdir. Zərərli yük dedikdə ekspert kibercinayətkarların şəxsi maraqları üçün istifadə etdikləri müxtəlif qeyri-qanuni funksiyaları nəzərdə tutur. Qeyri-rəsmi mənbədən yüklənmiş alternativ "WhatsApp" müştərisində smartfondan ödəniş məlumatlarını oğurlayan modul ola bilər.
Qeyd edək ki, “WhatsApp”ın fəaliyyətini dayandıracağı cihazların siyahısına 2011-2013-cü illər arasında buraxılan Samsung, Motorola, HTC, LG, Sony və digər şirkətlərin smartfon və planşetləri daxildir