“WhatsApp” iyun ayından etibarən bir sıra köhnəlmiş smartfonlara dəstəyi dayandıracaq.
Lent.az bildirir ki, bu barədə messencer nümayəndələrinə istinadən 9to5Mac portalı məlumat yayıb.
"Bu bazar günündən etibarən "WhatsApp" yalnız iOS 15.1 və daha yeni versiyaları olan "iPhone"larda işləyəcək. "Android 5.0" və ya daha əvvəlki versiyada olan qurğular da qeyri-aktiv ediləcək", - xəbərdə bildirilir.
Əməliyyat sisteminin bu cür versiyalarına malik smartfonların çoxdan öz aktuallığını itirdiyi dəqiqləşdirilir. İstifadəçilərdən mümkünsə OS-ni yeniləməyə və ya qadceti daha yeni modelə dəyişməyə çağırılır.