Unudulmuş əfsanəvi Nokia 7610 –  Kimdə bu telefondan var idi?
10 sentyabr 2024 08:06 (UTC +04:00)

Unudulmuş əfsanəvi Nokia 7610 – Kimdə bu telefondan var idi?

Bu gün unudulmuş əfsanəvi telefonlar seriyasından Nokia 7610 modelinə daha yaxından nəzər salaq və bir zamanlar əlimizdə olan texnologiyanı indikilərlə müqaisə edək.

Lent.az xəbər verir ki, texnologiyanın sürətli inkişafı ilə yeni telefonlar istehsal olunur və köhnələri tez unudulur. Ancaq bəzi telefonlar var ki, köhnəlsə də, unudulmaz izlər buraxır.

İnsanların yaddaşında dərin iz qoyan modellərdən biri də Nokia 7610 modelidir. Çıxdığı zaman çox qeyri-adi dizayna malik olan Nokia 7610 xüsusilə gənclərin böyük marağına səbəb olmuşdu.

O zamanlar cib telefonlarında kameralar çox yayılmış olmasa da, Nokia 7610 1 meqapiksellik kamerası ilə seçilirdi.

2,1 düym ekrana və 176 x 208 piksel təsvir ölçüsünə malik olan telefon “Symbian 7.0s” əməliyyat sistemi ilə işləyirdi.

Model 8 MB yaddaşa və 900 mAh batareyaya sahib idi. 118q çəki və 19mm qalınlığa malik telefonun gözləmə müddəti 250 saata qədər idi.

Danışıq vaxtı 3 saata qədər olan 7610 2G, GSM 900 / 1800 / 1900 GSM 850 / 1800 / 1900-u dəstəkləyirdi.

Bundan başqa telefonda “Bluetooth: v1.1” da mövcud idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 942
avatar

Oxşar yazılar