Tesla ilə rəqabət aparacaq yeni “Mercedes CLA”nın dizaynı  bəlli oldu
19 oktyabr 2024 04:20 (UTC +04:00)

Tesla ilə rəqabət aparacaq yeni “Mercedes CLA”nın dizaynı bəlli oldu

“Mercedes-Benz” çoxdan gözlənilən yeni tam elektrikli CLA-nın kamuflyajlı şəkillərini paylaşıb.

Lent.az xəbər verir ki, “Mercedes”, rəsmi təqdimatdan əvvəl çox gözlənilən sərfəli qiymətə CLA EV modelinin örtüyünü qaldırıb.

Yeni avtomobilin tam dolu şarjla 750 km-dən çox məsafə qət edəcəyi gözlənilir.

Avtomobil həmçinin 15 dəqiqəlik şarjla 400 km-ə qədər məsafəni qət edə bilən sürətli enerji doldurma funksiyası ilə də təchiz olunub.

“Mercedes”in bu il rəsmi olaraq CLA EV modelini təqdim edəcəyi və 2026-cı ili model ili kimi təqdim edəcəyi gözlənilir.

ABŞ və Avropa da daxil olmaqla qlobal bazarlarda satışı planlaşdırılan avtomobilin qiyməti hələ açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 429
avatar

Oxşar yazılar