Pavel Durov
25 avqust 2024 18:22 (UTC +04:00)

Pavel Durov

Telegram-ın həbsdə olan təsisçisi Pavel Durovla bağlı YENİ MƏLUMAT

Telegram-ın həbsdə olan təsisçisi Pavel Durovun işi ilə bağlı Paris prokurorluğu avqustun 26-da, bazar ertəsi mətbuata açıqlama verməyi planlaşdırır.

Lent.az xəbər verir ki, bu barədə TASS-a prokurorluqdan məlumat verilib.

"Tam mətbuat bəyanatı sabah dərc olunacaq", - agentliyin Durovun saxlanmasının səbəblərini və bu işdəki hazırkı vəziyyətini aydınlaşdırmaqla bağlı sorğusuna belə cavab verilib.

Qeyd edək ki, indiyə kimi Durovun saxlanması ilə bağlı bütün məlumatlar Fransa mediasından gəlir, Fransa hakimiyyəti isə susur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1410
avatar

Oxşar yazılar