“Telegram” iki funksiyanı sildi - Fırıldaqçılar istifadə edirdi
07 sentyabr 2024 05:04 (UTC +04:00)

“Telegram” iki funksiyanı sildi - Fırıldaqçılar istifadə edirdi

“Telegram”ın fırıldaqçılar tərəfindən həddindən artıq istifadə edilən iki funksiyası messencerdən silinib.

Lent.az xəbər verir ki, bu haqda “Telegram”ın həmtəsisçisi Pavel Durov öz “Telegram” kanalında məlumat verib.

Belə ki, messencerin “Yaxınlıqdakı insanlar” və “media fayllarının bloq alətinə yüklənməsi” funksiyaları “Telegram”dan silinib.

“Biz Telegram-da insanların 0,1%-dən azının istifadə etdiyi “Yaxınlıqdakı insanlar” funksiyasını sildik”, - deyə Durov yazıb.

Bunun əvəzinə messencer “Yaxınlıqda biznes” funksiyasını təqdim edib ki, burada hüquqi və təsdiqlənmiş kommersiya müəssisələrinin sahibləri mallarının kataloqlarını yerləşdirə və ödənişləri qəbul edə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Oxşar yazılar