“Telegram” tətbiqi Android smartfonlarda Fələstinin HƏMAS radikal hərəkatının rəsmi kanalına girişi bloklayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Android cihazından HƏMAS kanalına daxil olarkən kanalın əlçatan olmadığı barədə bildiriş gəlir.
Qeyd edək ki, Android istifadəçilərinin həmçinin HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadasının Telegram kanalına girişi məhdudlaşıb.
Xatırladaq ki, hər iki "Telegram" kanalı hələ də "Apple" cihazlarının istifadəçiləri üçün əlçatandır.