Adət halına çevrilib: maşına oturursan və kabeli taxırsan lakin bu vərdiş USB portundan yanlış istifadə ilə nəticələnir. Maşındakı USB portu ilə telefon doldurmaq bu vərdişi niyə indi tərk etməlisiniz.
Lent.az xəbər verir ki, müasir avtomobillər bir çox texnologiyalarla təchiz olunub və USB portları sürücülər üçün adi bir rahatlığa çevrilib. Ancaq mütəxəssislərin qeyd etdiyinə görə, bu girişlər göründüyü qədər təhlükəsiz və universal deyil. Leravi portalının məlumatına əsasən, uyğunsuz cihazların qoşulması qadcetlərin qızmasına, avtomobil elektronikalarının sıradan çıxmasına, hətta akkumulyatorun boşalmasına səbəb ola bilər.
Telefonu maşının USB portu ilə doldurmaq niyə təhlükəlidir?
Avtomobil istehsalçıları USB girişlərini mərkəzi konsolda, qoltuqaltıda və ya multimedia ekranının yanında geniş şəkildə yerləşdirirlər. Bu portlar CarPlay, Android Auto, musiqi ötürülməsi və telefonun müəyyən qədər enerji ilə doldurulması üçün istifadə olunur. Lakin çoxları unudur ki, bu portlar ilk növbədə məlumat ötürülməsi üçün yaradılıb, müasir cihazların sürətli enerji tələbi üçün yox.
Əksər avtomobillərdə hələ də USB 2.0 və ya USB 3.0 portları var ki, onlar cəmi 2,5-4,5 vat güc verir. Bu, telefonu yavaş-yavaş doldurmaq üçün yetərli ola bilər, amma planşetlər, flaqman telefonlar və tez doldurma tələb edən cihazlar üçün kifayət deyil.
Daha da pisi, portdan gücün yuxarı səviyyədə tələb olunması:
cihazın həddindən artıq qızmasına
avtomobilin elektrik sisteminə yüklənməyə
akkumulyatorun lazımsız boşalmasına
səbəb ola bilər.
Maşında telefonu düzgün necə doldurmalı?
Ekspertlər vurğulayır ki, yolda telefonu həqiqətən sürətli və stabil doldurmaq lazımdırsa, ən yaxşı üsul 12V siqaret alışdırıcı adapterindən istifadə etməkdir. Bu cür adapterlər adətən 12-45 vat güc təmin edir ki, bu da müasir qadcetlərin enerji tələblərinə daha uyğundur.
İlk baxışda siqaret alışdırıcısından istifadə köhnə üsul kimi görünə bilər, amma əslində:
daha təhlükəsizdir
daha effektivdir
adapterlər ucuzdur və lazım olduqda asanlıqla dəyişdirilə bilir